1 USD =3.312 GEL 1 EUR =4.03 GEL 1 AZN =1.948 GEL 1 TRY =0.426 GEL 1 RUB =4.455 GEL
14 
Noy
2020
09:16
710

“Instagram”a çoxdan gözlənilən funksiya gəlir - FOTO

“Facebook Messenger” və “Instagram” xidmətlərinin istifadəçiləri öz-özünə məhv olan mesajlar göndərə biləcəklər. Bu, digər mesencerlərdəki oxşar funksiyanı xatırladır, lakin onların fərqli cəhətləri var. Belə ki, “Vanish Mode” rejimində həmsöhbət dialoqdan çıxdıqdan sonra mesaj silinəcək.

InterPress.ge-nin “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə “Facebook” tərtibatçıları məlumat verir.

Bildirilir ki, həmsöhbətin gizli rejimdə çatın ekran görüntüsünü çəkməsi halında isə istifadəçiyə xəbərdarlıq ediləcək.

“Facebook Messenger” artıq çatlar üçün oxşar opsiyanı işə salıb, ancaq bu xidmət hələlik ABŞ-da mövcuddur.

“Instagram”da isə gizli çatlar tezliklə işə düşəcək.

Bizimlə əlaqə saxlayın



Digər "texnologiya" xəbərləri