24 
Okt
2020
08:27
689

“WhatsApp”a istifadəçinin yazışmalarını qoruyan funksiya gəlir - FOTO

Tezliklə “WhatsApp” messencerinə istifadəçi məlumatlarının məxfiliyi ilə əlaqəli yeni bir xüsusiyyət əlavə olunacaq.

InterPress.ge-nin “WABetaInfo”ya istinadən məlumatına görə, söhbət üz tanıma funksiyasından gedir.

Belə ki, “Android” əməliyyat sistemindəki cihazlar üçün tətbiqetmələrin beta versiyasının koduna üz skanından istifadə edərək giriş identifikasiyası artırılıb.

Bənzər funksiya əvvəllər yalnız “Face ID” sensorlarına sahib “iOS” cihaz sahibləri üçün mövcud idi.

Bundan əvvəl sistemə barmaq izi skaneri üçün dəstək əlavə edilmişdi.

Yeni xüsusiyyət tətbiqin beta versiyasında “Barmaq izi ilə bloklama” əvəzinə “Biometrik bloklama” kimi qeyd olunub. Yəni, artıq barmaq izi skaneri, üz tanıma ilə birlikdə işləyir.

Bu barmaq izi skaneri olmayan smartfonlardan istifadə edənlər üçün daha çox aktual olacaq.

Bununla belə, insayderlər əksər “Android” smartfonlarında belə biometrik kilidin “iPhone” səviyyəsində məlumat qoruması təmin edə bilməyəcəyini vurğulayırlar. Ön kameraya əsaslanan “Face Unlock”, fotoşəkil və ya oxşar bir şəxsin üzü ilə aldadıla bilər.

Yeni funksiyanın adi istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələ bəlli deyil.

Bizimlə əlaqə saxlayın