1 USD =3.234 GEL 1 EUR =3.791 GEL 1 AZN =1.902 GEL 1 TRY =0.389 GEL 1 RUB =4.079 GEL
18 
Okt
2020
08:21
1089

“WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir

“WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir. Belə ki, tətbiqin içərisində xüsusi çatın köməyi ilə mütəxəssislə əlaqə yaradılacaq və hər hansı problemi həll etmək mümkün olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə “WeBetaInfo” xəbər verir.

Məlumata görə, “Android” əməliyyat sistemi üçün tətbiqin “Ayarlar” menyusunda istifadəçinin sorğu göndərə biləcəyi bölmə yaradılıb. Bura cihaz və orada olan hər hansı bir problem haqqında məlumat daxil ediləcək, sonra texniki mütəxəssislə əlaqə qurulacaq.

O da bildirilir ki, funksiya hazırlanır, ancaq buraxılma tarixi məlum deyil.

Daha əvvəl mesajlaşmaya dəstək xidməti ilə əlaqə qurmaq üçün xüsusi poçt ünvanına elektron məktub göndərmək lazım idi.

Bizimlə əlaqə saxlayın



Digər "texnologiya" xəbərləri