15 
Okt
2020
16:01
1004

Yeni iPhone-larda şarj aləti və qulaqlıq olmayacaq

Apple dünən keçirilən təqdimatda HomePod Mini və yeni iPhone modellərini təqdim etməklə yanaşı, yeni modellərin qutusuna daxil olan elementləri də açıqlayıb.

InterPress.ge xəbər verir ki, iPhone 12-nin şarj aləti və qulaqlıq olmadan satışa çıxarılacağı söylənilib. Bu elementlərin ləğvinin əsas səbəbinin isə plastikdən istifadəni minimuma endirmək olduğu açıqlanıb.

Bununla yanaşı, hazırda satışı davam edən iPhone SE, XR və 11-in də qutusundan sözügedən elementlər yığışdırılacaq. Yenilik bu modelləri öncədən istifadə edənlərə təsir göstərməsə də, iPhone 12 istifadəçilərini çətinliklərlə üz-üzə qoyacaq. Çünki onlar 5W, 20W və 30W gücündə şarj aləti üçün xeyli pul xərcləməli olacaqlar.

Bizimlə əlaqə saxlayın