1 USD =3.227 GEL 1 EUR =3.827 GEL 1 AZN =1.899 GEL 1 TRY =0.412 GEL 1 RUB =4.187 GEL
23 
Sen
2020
09:02
183

Smartfondakı fayllar niyə yoxa çıxır? - Geri qaytarma üsulları

Smartfonun aparat və ya proqram təminatındakı problemlər sənəd, fotoların cihazdan itməsinə səbəb olur. Ekspertlərin sözlərinə görə, istifadəçi cihaz daxilindəki yaddaş kartı ilə bağlı çətinliklərlə qarşılaşdığı üçün fayl problemləri Android əməliyyat sisteminə sahib smartfonlarda daha sıx baş verir.
InterPress.ge xəbər verir ki, CD kartın zədələnməsi, formatlama və ya məlumatların yazılması faylların cihazdan itməsinə səbəb ola bilər.

Şəkillər smartfonun yaddaşında baş verən uğursuzluğa görə də "yox olur". Bu halda onları geri qaytarmaq o qədər də çətin deyil. Bunun üçün keşi təmizləmək və cihazı yenidən yükləmək lazımdır.

Bəzən kodun düzgün çalışmaması və zərərli proqramlar nəticəsində sistemin işində problem yarana bilər, buna görə, qacet bəzi fayl növlərini tanımır. Belə vəziyyətdə mütəxəssislər, parametrlərdə "gizli fayl və qovluqları görüntüləyin" seçimini aktivləşdirmək, smartfonu təmizləmək və viruslara qarşı qabaqlayıcı təsbirləri məsləhət görürlər.

Həm iPhone, həm də Android üçün silinmiş sənədləri geri qaytarmağın asan yolu var. Google Photos “zibil qutusu”ndakı obyektləri iki aya qədər saxlayır və iOS-da iCloud silinmiş materialları bərpa etməyə imkan verir.

Bizimlə əlaqə saxlayın



Digər "texnologiya" xəbərləri