1 USD =3.234 GEL 1 EUR =3.791 GEL 1 AZN =1.902 GEL 1 TRY =0.389 GEL 1 RUB =4.079 GEL
14 
Sen
2020
08:59
325

Bu tətbiqlər smartfonun sürətini azladır və fərdi məlumatları oğurlayır

"Ağıllı" telefonlar üçün milyonlarla tətbiq yazılıb. Bu tətbiqlərin hamısı faydalı deyil, bəziləri isə tamamilə zərərlidir.

Onların bir çoxu fərdi məlumatların qorunmasına zərər verir və ya telefonun aktiv fəaliyyətinə mane olur.

Smartfonlarda fərdi təhlükəsizliyi qorumaq və telefonu aktiv fəaliyyətdə saxlamaq üçün silinməsi lazım olan mobil tətbiqlərdən bir neçəsini təqdim edirik:

1. Fənərlər

Fənər rejimində flaşı aktivləşdirə bilən tətbiqlərin çoxu zənglərə, SMS-lərə, kontaktlara və digər son dərəcə fərdi məlumatlara giriş tələb edir. Əlbətdə ki, o tətbiqlər öz funksiyalarını yerinə yetirirlər, lakin eyni zamanda məxfi məlumatları toplayır. Məsələn, spam poçtlarının məlumat bazasını doldurmaq üçün. Bu tətbiqlər sizin xəbəriniz olmadan bahalı poçtlara abunə ola bilər və ya premium nömrələrə zəng edə bilər. Androiddə uzun müddətdir ki, quraşdırılmış fənər var, ondan istifadə edin. Bu fənərdə də parlaqlıq tənzimlənir.

2. Daxili yaddaşın təmizlənməsi üçün tətbiqetmələr

Bu kimi tətbiqlər birincisi, fərdi məlumatları toplaya bilir, ikincisi, lazımi bir faylın silinməsinə səbəb olur və smartfonun iş sistemini pozur. Smartfonun yaddaşını artıq fayllardan təmizləmək üçün standart Android alətlərindən istifadə etmək daha yaxşıdır. Ən azından bu alətlər keşi təmizləyərək proqramları ölçülərinə görə düzəcək. Çünki bəzən smartfonda böyük həcmdə amma lazımsız fayl olur.

3. "Sürətləndiricilər"

Tamamilə yararsız, amma bir şəkildə populyar proqramlar. Mövcud RAM həcmini müvəqqəti artırmaqla, ondan gələn hər şeyi aqressiv şəkildə boşaltmaqla məşğul olur. Bu, smartfona heç bir fayda gətirmir. Android-də standart RAM idarəetmə vasitələri var. Əgər bəzi tətbiqlər çox RAM sahəsi tutarsa, smartfonun sürətini azladırsa, həmin tətbiqi silib əvəzini axtarmaq daha yaxşıdır.

4. Sosial şəbəkə tətbiqetmələri

Qəribədir ki, onlar əsas yaddaş "yeyənlərdir". Üstəlik, bunları istənilən mobil brauzerdə istifadə edə bilərsiniz və bu da o qədər rahatdır.

5. Loyal proqramı tətbiqləri

Bir çox insan loyal proqramları heç düşünmədən smartfonlarına yükləyir. Bu tətbiqlər isə əlaqə siyahılarını oxuyur, zəng jurnallarına baxır və s. Fərdi məlumatları bu şəkildə ələ keçirilməsinə göz yummağa dəyərmi? Qətiliklə, yox.

Bizimlə əlaqə saxlayın



Digər "texnologiya" xəbərləri