31 
Avq
2020
16:15
1398

Sabahdan etibarən qadına və ailəyə qarşı şiddət edənlər bu cür nəzarət altında olacaqlar

Sabahdan etibarən ( 1 sentyabrdan ) qadına və ailəyə qarşı şiddət edənlər üçün yeni bir alət istifadəyə veriləcək.

InterPress.ge xəbər verir ki, qadına və ailəyə qarşı zorakılıq edənlər artıq elektron nəzarət olunacaq.

Belə ki, əgər zərərçəkənin müdafiə orderi varsa və ona qarşı təkrar təzyiq olunursa polis elektron nəzarət vasitəsilə təzyiq edənə nəzarət edəcək.

Təkrar zorakılıq təhlükəsini polis riskin qiymətləndirilməsi aləti ilə / sual əsasında qiymətləndirəcək.

Polis təzyiq edənə elektron nəzarət tətbiq etdikdən sonra qərar 24 saat ərzində təsdiq üçün məhkəməyə təqdim edilməlidir.

Məhkəmə elektron nəzarətin qüvvədə qalması və ya ləğv edilməsi üçün qərar qəbul etməlidir.

Elektron nəzarət fasiləsiz, gündə 24 saat həyata keçiriləcək.

Ümumiyyətlə, elektron nəzarət məhdudlaşdırma əmrinin müddəti, yəni maksimum bir ay müddətinə tətbiq edilə bilər.

Çox vacib bir detal: Elektron nəzarət üçün zərərçəkənin razılığı tələb olunur.

Bizimlə əlaqə saxlayın