10 
Avq
2020
08:23
3309

WhatsApp istifadəçilərinə pis xəbər

Dünyada ən çox istifadə edilən tətbiqlərdən biri olan WhatsApp rəqibləri ilə ayaqlaşmaq üçün yeni xüsusiyyəti sınamağa başladı. Telegram kimi rəqiblərində tapılan və istifadəçilərin nifrət etdiyi xüsusiyyət WhatsApp Betada da görüldü.

InterPress.ge xəbər verir ki, öz-özünə silinən mesajlar xüsusiyyəti artıq bəzi WhatsApp Beta istifadəçilərinə təqdim olunub.

Mesajların silinməsini istəmirsinizsə, ekran görüntüsünü çəkə və ya mesajı başqasına ötürə bilərsiniz. Öz-özünə silinən mesajlar bir həftə sonra yenidən qurula bilər.

Bizimlə əlaqə saxlayın