25 
Iyl
2020
14:30
2703

WhatsApp-da hərkəsin gözlədiyi yenilik gəlir - bir çoxları üçün sevindirici olacaq

WhatsApp çoxdan gözlənilən yeniliyi təqdim etməyə hazırlaşır.

InterPress.ge xəbər verir ki, tətbiq istifadəçilərə eyni anda dörd cihazda bir hesabdan istifadə etmək imkanı verəcək.

Onu da qeyd edək ki, funksiya hələlik hazırlıq mərhələsindədir.

Yenilik istifadəçilər üçün əlçatan olduqda xüsusi bölmədə, Linked Devices-də yerləşdiriləcək.

Burada istifadəçi yeni cihazı əlavə edə bilər. Bütün qacetləri bir WhatsApp hesabı altında göstərəcək funksiyanın istifadəçilər üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb.

Paralel olaraq WhatsApp-da sohbətlərdə mesajları ən qısa zamanda zamanda axtarmağa imkan verən xüsusiyyət sınaqdan keçirilir.

WABetaInfo portalına görə, funksiya alfa test mərhələsindədir.

Bizimlə əlaqə saxlayın