27 
Iyn
2020
12:29
2876

Magti abunəçilərini sevindirəcək xəbər

Magticom şirkəti 25 lari limitsiz paket “martivi 25” tarifini ləğv edə bilməyəcək.

InterPress.ge xəbər verir ki, rabitələr komissiyası bununla bağlı qərarı pərakəndə satış bazarında araşdırma və təhlil nəticəsində verib.

Rabitələr komissiyası tərəfindən yayılan məlumata görə, verilən qərara əsasən abonentlərə xidmət qorunacaq və limitsiz paketin aktivləşdirilməsi 7 iyul tarixindən sonra da mümkün olacaq.

“Araşdırmalar nəticəsində bəlli oldu ki, Magticomun 25 larillik limitsiz tarif təklifi ən tələbatlı təklifdir. “Martivi 25”-in “Martivi 30”la əvəzlənməsi abonentlər üçün xidmətin bahalaşmasına və seçimə məhdudiyyət qoyulmasına gətirib çıxaracaqdı. Rabitələr komissiyası Magticoma bu təklifin qüvvədə qalmasına dair tapşırıq verib. Aparılan araşdırmalar nəticəsində məlum oub ki, “Martivi 25“ Magticomun ən tələbatlı paketidir.

Abonentlər bu paketdən əsasən danışıq üçün istifadə edirlər. İnternetin həcmi isə yetərli deyil. Buna görə də abonentlər növbəti dəfə internet paket almalı olurlar. Magticom tərəfindən elan edilmiş “Martivi 30” paketi Martivi 25 paketin gücləndirilmiş forması kimi abonentlərə təklif edilib. Lakin həqiqətdə isə bu təklif xidmətin bahalaşdırılmasını nəzərdə tutur. Aparılan araşdırmala onu da göstərir ki, 30 larillik paket abonentlər arasında elə də tələbatlı deyil. Vətəndaşlar yen də 25 larillik paketlərdən istifadə edirlər.

Qeyd edək ki, komissiya abonentlərin maraqlarını qorumaq məqsədilə rabitələr komissiyası Magticoma 25 larillik limitsiz paketini qüvvədə saxlamağı təklif edib”, - deyə məlumatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər