21 
Iyn
2020
18:44
2808

İndiyədək bunu səhv etmisiniz — Ekspert smartfonun enerji yığma qaydalarını açıqladı 

Telefonun uzun müddət işləməsi üçün cihazın düzgün enerji yığmasını təmin etmək lazımdır.

InterPress.ge xəbər verir ki, IVEStore şirkətinin baş mühəndisi Andrey Zelyonıy smartfonun enerjini necə yığmalı olduğunu açıqlayıb.

“Telefonun uzun müddət xidmət etməsini istəyirsinizsə, qacetin avtomobildə siqaret yandırmaq üçün nəzərdə tutulan çıxışdan enerji yığmasından uzaq durmalısınız”, — deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu halda təzyiq sıçrayışlarına görə, telefon çox enerji yığa bilər.

Ekspert xəbərdarlıq edib ki, avtomobilin mühərrikini yandırarkən və ya söndürərkən telefonu enerji yığdığı vəziyyətdə saxlamaq məsləhət görülmür, çünki smartfon batareyası tamamilə boşaldıla bilər.

Mütəxəssis, həmçinin xatırladıb ki, telefonu enerji mənbəyinə qoşarkən günəş işığı altında saxlamaq olmaz, əks halda akkumulyator qıza bilər. Batareyanın çox qızması qəzaya səbəb ola bilər.

Bizimlə əlaqə saxlayın