12 
Iyn
2020
12:21
2975

WhatsApp-da bir çox insanın işinə yarayacaq daha bir yenilik gözlənilir

WhatsApp messencerində yeni funksiya yaradılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bildirilir ki, yeni funksiya istifadəçilərə mesajları tarixə görə axtarmağa imkan verəcək. Hazırda messencerdə axtarış funksiya mövcuddur, lakin istifadəçilər müəyyən bir tarixdə göndərilən və ya qəbul edilən mesajı tapmaqda çətinlik çəkirlər.

Yeni funksiya işə düşdükdən sonra istifadəçilər mesajın göndərilmə və ya qəbul tarixini yazaraq istədikləri mətni tez bir zamanda tapa biləcəklər.

Qeyd edilir ki, hazırda yeni funksiya alfa-test mərhələsindədir. Yeni funksiyanın işə düşəcəyi tarix hələki məlum deyil.

Bizimlə əlaqə saxlayın