1 USD =3.076 GEL 1 EUR =3.636 GEL 1 AZN =1.809 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.181 GEL
28 
May
2020
15:10
1602

İnstagram istifadəçilərinə şad xəbər: Instagram istifadəçiləri pul qazana biləcəklər

Instagram istifadəçiləri üçün hazırlanan yeni gəlir modeli istifadəyə hazırdır.

InterPress.ge Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yeni funksiya ilə bərabər Instagram daha öncə olmayan tətbiqi də aktivləşdirir. Bununla da Instagram və YouTube rəqabəti daha da qızışacaq kimi görünür.

Qısa müddət öncə Instagram tərəfindən bəzi detalları açıqlanan yeni sistemdə IGTV videolarına reklam yerləşdirmək mümkün olacağı qeyd olunub. 15 saniyəyə qədər olan bu reklamlar məhsul satışlarını əhatə edəcək. Reklam linkini açmaq üçün isə daha öncəki link paylaşımlarında olduğu kimi yuxarı sürüşdürmək deyil, üzərinə tıklamaq lazım gələcək.

Bu reklamlardan əldə edilən gəlirlər YouTube-da olduğu kimi yayımçı ilə bölüşüləcək. Hazırda Instagram reklamları gəlirlərindən nə qədər faiz tutulacağı bilinmir.

Yeni Instagram reklamları ilk olaraq müəyyən kitle ilə test ediləcək. Açıqlamaya görə, ingilis dilində kontent yaradan 200 Instagram fenomeni artıq seçilib. Bu Instagram fenomenleri arasında Adam Waheed və Lele Pons kimi məşhurlar da var. IGTV reklamları üçün də seçilmiş Ikea, Puma, Sephora kimi markaların da testə daxil edildiyi deyilir.

Bizimlə əlaqə saxlayın



Digər "texnologiya" xəbərləri