27 
May
2020
10:25
2504

Kəndlərin yüksək sürətli internetlə təmin edilməsinə başlanacaq

"Yaxın gələcəkdə OpenNet universal internetləşdirmə layihəsinin pilot hissəsi başlayacaq".

InterPress.ge xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava deyib.

Bu layihənin əsas məqsədi böyük şəhərlərdədki kimi kəndləri və qəsəbələri İnternetlə daha böyük və ya az dərəcədə təmin etmək, lakin yüksək sürətli İnternetlə təmin etməkdir. Layihə təxminən 800 yaşayış məntəqəsini nəzərdə tutur.

Nazirin sözlərinə görə, Dünya Bankı hökumətlə birlikdə bu layihəni maliyyələşdirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Turnavanın sözlərınə görə, koronavirus pandemiyası başlamazdan əvvəl də Dünya Bankı ilə birlikdə bu layihənin həyata keçirilməsini sürətləndirmək üçün plan hazırlanmışdı.

"Layihə iki mərhələyə bölünmüşdür. Birinci, pilot mərhələnin yaxın günlərdə başlayacağı, qalan mərhələlərin isə Dünya Bankı ilə razılaşma əsasında yaxın aylarda başlaması gözlənilir" dedi Turnava.

Bizimlə əlaqə saxlayın