14 
May
2020
03:37
1176

Gələn il insan beyni kompüterə bağlana bilər

2017-ci ildə Elon Musk tərəfindən yaradılan Neuralink şirkətinin kompüteri insan beyninə bağlamaq üçün texnologiyaların inkişafı ilə məşğul olduğu hər kəsə məlumdur. Ötən il isə şirkətin rəhbəri Musk bir il sonra Neuralink-in insanlar üzərində təcrübə keçməyə başlayacağını elan edib.

InterPress.ge xəbər verir ki, bu mövzuda ətraflı məlumat olmasa da, təcrübə prosesinə hələ başlanılmadığı bəllidir.

Bəzi ehtimallara görə isə layihə artıq ilkin mərhələdə həyata keçirilir. E.Musk ötənilki müsahibələrinin birində Neuralink-in 2020-ci ildə insan beynini kompüterə bağlayacağına ümid etdiyini söyləmişdi.

O, müsahibəsində birbaşa kəllə sümüyünə yerləşdiriləcək Neuralink çiplərinin insan beyninin müxtəlif zədələrini və pozğunluqlarını müalicə etmək üçün hazırlanacağını da əlavə etmişdi.

Mütəxəssislər ehtimal edirlər ki, artıq gələn ildən layihənin reallaşması inandırıcı görünür. Yəni növbəti ildə insanların beyni kompüterlərə köçürülə bilər.

Bizimlə əlaqə saxlayın