29 
Apr
2020
04:10
1100

Hərkəsin işinə yarayacaq Feysbukun bu xüsusiyyəti WhatsAppa da gələcək

Pandemiyadan sonra insanların evə qapanması telekonfrans tətbiqlərinə tələbatı artırıb.

InterPress.ge xəbər verir ki, Feysbuk bunu nəzərə alaraq Messenger Rooms telekonfrans tətbiqini WhatsApp-a da gətirməyi qərara alıb. WhatsApp istifadəçiləri qısa yol vasitəsilə Messenger Rooms-a keçid edə biləcəklər. Rəsmilərin sözlərinə görə, WhatsApp-ın bu funksiyası hələlik test mərhələsindədir. Bu funksiyadan yararlanmaq üçün istifadəçilərdən Feysbuk və ya Messenger hesabına sahib olmaq tələb olunmur.

Qeyd edək ki, Messenger Rooms eyni anda 50-ə yaxın şəxslə danışmağa imkan verir.

Bizimlə əlaqə saxlayın