18 
Apr
2020
21:07
616

Bu ölkədə bir aya 2,5 milyon iPhone satılıb

Mart ayında Apple şirkəti Çində 2,5 milyon ədəd iPhone smartfonu satıb.

InterPress.ge bildirir ki, bu rəqəm fevral ayının göstəricisindən olduqca çoxdur.

Şirkət nümayəndələri satışın artmasını Çində koronavirusun azalması, dolayısıyla bazarın yenidən bərpası ilə əlaqələndirirlər.

Çinin rəsmi məlumatına görə, mart ayında ölkədə 21 milyon smartfon satışa çıxarılıb. Bu rəqəm fevral ayı ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% azdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər