1 USD =3.294 GEL 1 EUR =4.006 GEL 1 AZN =1.933 GEL 1 TRY =0.446 GEL 1 RUB =4.494 GEL
11 
Yan
2021
09:40
1028

WhatsApp qərarından geri döndü: Fərdi informasiyalar Feysbuka ötürülməyəcək

Məlum olduğu kimi, bir neçə gün öncə WhatsApp-dan gözlənilməz açıqlama yayıldı. Açıqlamada dolayısıyla qeyd olunmuşdur ki, WhatsApp-dan istifadə edənlərin fərdi informasiyaları Feysbuka ötürüləcək.

Məlum qərar bütün dünyada, o cümlədən Gürcüstanda da istifadəçilərin böyük narazılığına səbəb olmuşdu.

InterPress.ge xəbər verir ki, bir neçə saat öncə WhatsApp-dan yeni açıqlama yayıldı. Mesajlaşma xidmətindən əvvəlki qərarın məxfilik siyasətinə zidd olduğunu əsas göstərərək, məlumatların Feysbuka ötürülməyəcəyi bəyan edilib.

Ekspertlər hesab edirlər ki, WhatsApp istifadəçilərin fərdi məlumatlarını hər zaman toplayıb və Feysbuka ötürüb. İndi isə bunu qanuni yolla, istifadəçiləri xəbərdar edərək həyata keçirmək istəyir.

Qeyd edək ki, məlumatlar süni intellekt vasitəsilə toplanılır və müxtəlif məqsədlər üçün istifadə edilir.

Bizimlə əlaqə saxlayın



Digər "texnologiya" xəbərləri