25 
Dek
2020
09:29
750

Gürcüstan prezidenti sərəncam imzalayıb

Qiorqi Qaxaria Baş nazir təyin edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili sərəncam imzalayıb.

"Qiorqi Qaxaria, Gürcüstan Konstitusiyasının 56-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq Gürcüstanın Baş naziri təyin edilsin",- deyə prezident sərəncamında deyilir.

Məlumat üçün bildirək ki, Gürcüstan parlamenti hökumətin yeni tərkibinə və hökumət proqramına etimadını bildirib.

Bizimlə əlaqə saxlayın