18 
Dek
2020
20:55
377

Gürcüstan region ölkələri ilə əməkdaşlığı dərinləşdirəcək

Gürcüstan bölgədə qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirməklə bağlı fəal səylərini davam etdirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin 2021-2024-cü illər üzrə proqramında bildirilib.

Sənədə əsasən, hökumət region ölkələri ilə əməkdaşlığın aktivləşdirilməsi istiqamətinə xüsusi diqqət ayıracaq.

Gürcüstan növbəti illərdə region ölkələri ilə strateji-siyasi əlaqələri gücləndirəcək, həmçinin sektorlararası əməkdaşlığı dərinləşdirəcək.

Proqramda dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesinin milli maraqlar, strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə uyğun davam etdirilməsinin vacibliyi də qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər