16 
Dek
2020
22:09
985

Saakaşvili: "Mən Gürcüstanda olsaydım, Vahid Milli Hərəkat ən azı 50% alardı"

"Mən Gürcüstanda olsaydım, Vahid Milli Hərəkat ən azı 50% alardı. Bunu hamı bilir və buna görə də məni Gürcüstana buraxmırlar".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili deyib.

Onun sözlərinə görə, partiya çox yaxşı vəziyyətdədir.

"Partiyamıza qarşı bu qədər təzyiq və hər cür repressiyanın olduğu şəraitdə seçicilərin etibarını qazanan "Milli Hərəkatdan" çox qürur duyuram. Hər cür obyektiv çıxış anketləri ilə 35%-dən çoxunu aldı. "Milli Hərəkat" müxalifətin səslərinin praktik olaraq əsas hissəsini aldı. Gürcüstanda olsaydım, Milli Hərəkat ən azı 50% alardı. Hamı bunu yaxşı bilir və buna görə də məni Gürcüstana buraxmırlar.

Milli Hərəkat çox yaxşı vəziyyətdədir, müxalifətin qalan hissəsi ilə birlikdə son parlament seçkilərində qalib gəldik",- deyə bildirib Saakaşvili Formula 1-in efirində.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər