28 
Nybr
2020
14:10
393

Arçil Talakvadze parlament sədrliyində vəzifəsinə davam edəcək

Hazırkı spiker Arçil Talakvadze onuncu çağırış parlamentində qanunverici orqanın sədri vəzifəsini davam etdirəcəkdir.

InterPress.ge xəbər verir ki, Hakim komanda Arçil Talakvadzeni seçkiqabağı dövrdə parlamentin sədrliyinə namizəd olaraq irəli sürüb.

Reqlamentə görə, millət vəkilləri ilk iclasda gizli səsvermə yolu ilə parlament sədrini seçəcəklər.

Prosedura görə, çoxluq, azlıq, çoxluqda və ya azlıqda birləşməyən fraksiya, heç bir fraksiyada birləşməyən ən azı altı millət vəkilindən ibarət qrup, spikerliyə namizəd irəli sürmək hüququna malikdir.

Arçil Talakvadze, 20 iyun hadisələrindən sonra İrakli Kobaxidzenin istefası ilə 2019-cu ildə doqquzuncu çağırış parlamentinin sədri oldu.

Bizimlə əlaqə saxlayın