24 
Nybr
2020
13:08
459

Udumaşvili: "Bu gün çökmüş bir səhiyyə sistemimiz və praktik olaraq nəzarətsiz qalan insanlarımız var"

Birləşmiş Milli Hərəkatın liderlərindən biri olan Zaal Udumaşvili, ölkənin epidemiologiya baxımından çətin vəziyyətdə olduğunu söyləyib.

InterPress.ge xəbər verir ki, o bu brədə müxbirlərə verdiyi açıqlamada bildirib.

O, ölkənin səhiyyə sisteminin tamamilə çöküşlə qarşılaşdığını deyib.

“Əgər məhdudiyyətlər pandemiya ilə mübarizə məqsədi daşıyırsa, əlbətdə ki, qəbul ediləcək, amma siyasi partiyaların küçələrdə fəaliyyətini dayandırmaq üçün məhdudiyyətlər tətbiq edilərsə, bu başqa məsələdir. Ümumiyyətlə, bütün bunlar üçün çox gec olduğunu düşünürəm. Səhiyyə sisteminin tamamilə çökdüyünü və Kovid pandemiyasının öhdəsindən gələ bilmədiyini gördük. İndi məhdudiyyətlərin qoyulması ilə vəziyyətdən çıxış yolu axtarmağın doğru olmadığını düşünürəm. Bu gün çökmüş bir səhiyyə sistemimiz və praktik olaraq nəzarətsiz qalan insanlarımız var",- dedi Udumaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər