23 
Nybr
2020
14:36
400

Serqi Kapanadze: "Müzakirələr yeni seçkilərlə bağlı olmalıdır, olmazsa tək partiyalı, kommunist parlament alacağıq"

“Müxalifət və iqtidar arasındakı danışıqların üçüncü raundunun əsas mövzusu yeni seçkilər olmalı və seçkilər ətrafında hökumət tərəfindən konkret, rasional bir təklif verilməlidir”.

InterPress.ge xəbər verir ki, bu barədə Avropalı Gürcüstan partiyasının liderlərindən biri Serqi Kapanadze bilirib.

Kapanadzenin qeyd etdiyinə görə, hökumət bunu etməzsə, tək partiyalı, kommunist parlament əldə edəcək.

“Yaxın günlərdə Amerika və AB tərəfdaşlarımızın iştirakı ilə danışıqların üçüncü mərhələsinin baş tutacağını gözləyirik. Burada, Gürcü Arzusu partyasının bu siyasi böhranı yüngülləşdirəcək konkret, rasional bir təklif etməsi ən məntiqli olardı və belə bir təklif verilsə, təbii ki, bu formatda düşünərdik. Bununla birlikdə, tələbimiz və məqsədimiz artıq hər kəs üçün məlum olan yeni seçkilər keçirilməsidir. Əgər bu olmazsa, onda hamı nə baş verəcəyini bilir. Heç kim üçün sürpriz olmayacaq. Gürcü Arzusu partiyasının keçirdiyi ikinci turdan sonra tək partiyalı, kommunist bir parlament olacaq, hansı ki, utanmayaraq bunu qələbə olaraq qeyd etdilər”,- dedi Kapanadze.

Bizimlə əlaqə saxlayın