20 
Nybr
2020
14:25
451

Müxalifət partiyalarının nümayəndələri Acarıstan Ali Şurasının qarşısında mitinq keçiriblər

Müxalifət partiyalarının gənclər təşkilatlarının nümayəndələri Acarıstan Muxtar Respublikasının Ali Şurasının qarşısında mitinq keçiriblər.

InterPress.ge xəbər verir ki, etirazçılar Ali Şuranın binasından Acarıstan hökumət evinə doğru yürüş ediblər.

Etirazçılar hökümət evi qarşısında canlı zəncir düzəldiblər və bu şəkildə seçki nəticələrinə etiraz ediblər.

“Bu binaya heç kimin girməsinə icazə verməyəcəyik, hansı ki, səslərimizi oğurladılar. Bu etiraz sona qədər davam edəcək. Bidzina İvanişvili millət vəkillərini öz iradəsi ilə seçdiyini düşünməməlidir və onların rahat olmasına imkan verməyəcəyik",-dedi “Milli Hərəkatın” gənclik fəaliyyət təşkilatının qurucusu Baçi Mekvabişvili.

Bizimlə əlaqə saxlayın