17 
Nybr
2020
15:47
455

Müxalifət partiyalarının nümayəndələri sabah keçirilməsi planlaşdırılan mitinqlə bağlı danışıqlar aparır

Müxalifət partiyalarının nümayəndələri sabah Rustaveli prospektində necə bir mitinq keçiriləcəyi ilə bağlı danışıqlar aparır və Gürcüstana rəsmi səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcəklər.

InterPress.ge xəbər verir ki, bu barədə Avropalı Gürcüstan partiyasının liderlərindən biri Qiqi Uqulavanın jurnalistlərə verdiyi məlumatda bildirilib.

Uqulavanın qeyd etdiyinə əsasən, seçkilərin saxtalaşdırılığını düşünən insanlar sabah etiraz aksiyası keçirəcəklər.

"31 Oktyabr seçkilərinin saxtalaşdırıldığını düşünən hər kəs çıxıb ayağa qalxaraq Amerika ictimaiyyətinə bir mesaj göndərməlidir",-dedi Uqulava.

Müxalifət partiyalarının ABŞ-ın Gürcüstandakı səfiri ilə sabahkı mitinq barədə danışıb-danışmadığını soruşduqda, Uqulava bu mövzuda onunla danışmadığını söyləyib.

"Bu mövzuda heç bir danışıq olmayıb və ola da bilməz, çünki öz konstitusiyasına uyğun olaraq mitinq keçirmək yer üzündə heç kimlə razılaşma tələb etmir",-dedi Qiqi Uqulava.

Bizimlə əlaqə saxlayın