16 
Nybr
2020
15:01
403

Vaşadze: "Tədbirlər planından danışdıq və ölkədəki durğunluqla bağlı müzakirələr apardıq"

"Müxalifət partiyasının nümayəndələri bugünkü iclasda gələcək planlarından bəhs ediblər".

InterPress.ge xəbər verir ki, bu barədə "Strategiya Ağmaşenebeli" partiyasının lideri Qiorqi Vaşadze deyib.

Vaşadzenin fikrincə, müxalifətin mövqeyi hələ də birdir.

“Danışıqların formatı və məzmunu barədə məlumat mübadiləsi apardıq. Keçirəcəyimiz mitinqlərdən danışdıq. Bu Pompeonun səfəri zamanı səssiz, dinc, simvolik bir aksiya olacaq. 21 Noyabrda da mitinq keçirməyə hazırlaşırıq. Əlavə fəaliyyət planından danışdıq və ölkədəki çıxılmaz vəziyyət barədə də müzakirələr apardıq ",- dedi Vaşadze.

Birləşmiş Millət Hərəkatının üzvü Levan Varşalomidzenin ikinci tur çərçivəsində seçki məntəqələrində "utanc dəhlizi" təşkil etmək təşəbbüsünə gəlincə, Vaşadze bu dəhlizin onlar tərəfindən mitinq formatında qurulacağını söylədi.

“Ayrı-ayrı tərəflər bir şey edirsə, bu onların işidir. Hər hansı bir partiyanın ayrıca dedikləri və hansı təşəbbüslə gəldikləri onların işidir. Hər kəsin fikrini nəzərə alaraq bu mövzuda ümumi formata sahib olacağıq",- dedi Vaşadze.

Bizimlə əlaqə saxlayın