31 
Okt
2020
21:49
1316

Kaxa Kaladze: “Mixeil Saakaşvili artıq Ukraynadaki işini düşünsün..."

Mixeil Saakaşvili artıq Ukraynadaki işini düşünsün, çünki son məlumata görə, onu ordan da atmağı planlayırlar

İnterPress.ge xəbər verir kİ, “Gürcü Arzusu”-nun baş katibi Kaxa Kaladze bu bəyanatla, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin bəyanatına səslənir, hansı ki, Saakaşvili “Gürcü Arzusu”-dan hakimiyyəti tapşırmağı tələb edir.

“Aldığım son məlumata görə, Mixeil Saakaşvili öz Ukraynadaki işini düşünməli olacaq, çünki onu ordan da atmağı planlayırlar” – dedi Kaxa Kaladze.

Mixeil Saakaşvili ekzitpolların elan edilməsindən sonra bəyanat verdi.

Əgər xalqıma qarşı yüz iki axmaqlıqlar etməyi planlayırsınızsa, mən Mixeil Saakaşviliyəm, hər şeyə sonuna qədər gedirəm, vəzifə istəmirəm, ancaq xalqıma əl qaldıranlara sonuna qədər qarşı duracam. Lazım olsa, bu mübarizəyə fiziki olaraq, orda olmağımla qarşı duracam.

Biz bir millətin övladlarıyıq və konfrontasiya yaratmağı kimsəyə tövsiyyə etmirəm. Biz zəmanət verməyə hazırıq ki, kimsəyə qarşı repressiyalar edilməyəcək.

Seçkilərdə məğlub olubsunuz başa düşdük, ancaq bu demək deyil ki, həyat başa çatdı. Məndə yeddi-səkkiz il öncə seçkilərdə məğlub oldum, ancaq həyata davam etdim” – dedi Mixeil Saakaşvili.

Bizimlə əlaqə saxlayın