31 
Okt
2020
18:26
1002

DİN xüsusi təyinatlılarla bağlı bəyanat yayır

"Seçkilərdən əvvəl xüsusi texnika və polislərin hərəkəti barədə məlumat yaymışdıq. Bu, profilaktika üçün çox yayılmış bir hadisədir"

İnterPress.ge xəbər verir ki,bu barədə Daxili İşlər Nazirinin müavini Nino Tsatsiaşvili danışıb.

Onun sözlərinə görə, seçkilərə sakit bir mühitdə və zəruri hallarda qabaqlayıcı tədbirlər üçün əlavə polis qüvvələri səfərbər ediləcək.

"Xüsusi texnika və polisin hərəkəti barədə məlumatı dünən, hətta seçkilərdən əvvəl də yaydıq. Bu, çox yayğın bir hadisədir. Çünki əsas hədəfimiz və vəzifəmiz seçkiləri sakit, sərbəst və təhlükəsiz bir şəraitdə keçirməkdir.

Bu vəzifə üçün əlbətdə profilaktik tədbirlər görülməlidir." - Nino Tsatsiaşvili dedi.

Bizimlə əlaqə saxlayın