31 
Okt
2020
18:03
1864

Marneulinin Qızılhacılı kəndində yenidən qarşıdurma yaşanıb

Qızılhacılının 89 saylı seçki məntəqəsində yenə də səs-küy yaşandı.

İnterPress.ge xəbər verir ki, "Avropalı Gürcüstan"-nın Seçki Komissiyasının üzvü Madonna Gvaliyanın sözlərinə görə , adı çəkilən seçki məntəqəsində seçki prosesi pozuntularla davam edir.

Gvalianın sözlərinə görə, seçkiyə gələn insanlar şəxsiyyət vəsiqəsi olmadan səs verirlər.

Məntəqə Seçki Komissiyası sədrinin müavini Anar Məmişovun sözlərinə görə, bu fakt həqiqətə uyğun deyil və seçki prosesi qanuna tam uyğundur.

Bizimlə əlaqə saxlayın