31 
Okt
2020
17:26
624

Kaladze açıqladı: "İlkin göstəricilərlə “Gürcü Arzusu” böyük üstünlüklə liderlik edir"

Məlumat aldıq ki, “Milli Hərəkatın” majoritar namizədi Giorgi Botkovelinin təşkili ilə, Telavi munisipalitetinin Qaracalar kəndində qarışıqlıq yaratmaq məqsədi ilə, zonder-qruplar hazırlanırlar”.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusunun” baş katibi Kaxa Kaladze keçirdiyi brifinqdə deyib.

Onun dediyinə görə, hərhansı bir hüquq pozuntusuna sərt reaksiya göstəriləcək.

“Opponentlərimiz tərəfindən gözlənilən provokasiyala və hüquq pozuntularına gəlincə isə, biz biraz öncə məlumat aldıq ki, “Milli Hərəkatın” majoritar namizədi Giorgi Botkovelinin təşkili ilə, Telavi munisipalitetinin Qaracalar kəndində qarışıqlıq yaratmaq məqsədi ilə, zonder-qruplar hazırlanırlar.

Hərkəsə tapşırırıq ki, vəziyyəti gərginləşdirməyə və seçki prosesini qarışdırmağa çalışmayın. Sizə qarantiya edirəm ki, hər bir provokasiya və hüquq pozuntusuna çox sərt reaksiya göstəriləcək.

İlkin göstəricilərlə “Gürcü Arzusu” böyük üstünlüklə liderlik edir və bu axşam hamı birlikdə qələbəyi qeyd edəcəyik.

Bütün dəstəkçilərimizə müraciət edirəm ki, seçkiyə gəlin və böyük qələbəyə qatqınızı əlavə edin” – dedi Kaxa Kaladze.

Bizimlə əlaqə saxlayın