31 
Okt
2020
09:09
447

İvanişvili: “Hər kəsi ailəsinin və ölkəsinin gələcəyi üçün səs verməyə və mütləq seçki məntəqələrinə  gəlməyə çağıraram”

“Hər kəsi ailəsinin və ölkəsinin gələcəyi üçün səs verməyə və mütləq seçki məntəqələrinə gəlməyə çağıraram”.

InterPress.ge xəbər verir ki, bu sözləri Gürcü Arzusunun sədri Bidzina İvanişvili ailəsi ilə birlikdə seçkilərdə səs verməyə getdiyi məntəqədən çıxdıqdan sonra deyib.

Bidzina İvanişvilinin qeyd etdiyinə görə, ölkənin inkişafının sabitliyinə, sülhə və Gürcüstanın Avropa gələcəyinə səs verdi.

“Gürcüstan bu gün seçimini edir. Gürcüstan vətəndaşlarının sərbəst seçimi ölkənin gələcək 4 ilini və daha uzaq perspektivlərini müəyyənləşdirir. Mən şəxsən ölkənin inkişafının sabitliyinə, sülhə, Avropa gələcəyimizə, iqtisadi böyüməyə, hər ailənin rifahına və ən əsası insan ləyaqətinin və şərəfinin qorunmasına səs verdim”.

Bizimlə əlaqə saxlayın