30 
Okt
2020
15:41
1087

Kobaxidze: "Təxribatlar ən çox Bolnisi, Dmanisi, Marneuli, Batumi, Zuqdidi və Qldanidə gözlənilir"

"Təxribatlar ən çox Bolnisi, Dmanisi, Marneuli, Batumi, Zuqdidi və Qldanidə gözlənilir".

InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının icra katibi, İrakli Kobaxidze bugünkü brifinqdə deyib.

Onun sözlərinə görə, təxribatların təşkili baxımından müşahidəçilər Milli Hərəkat təmsilçiləri Devi Çankotadze, Dimitri Şaşkin və Nikanor Meliyaya xüsusi diqqət yetirməlidirlər.

“Az əvvəl öyrəndik ki, dəyənək və elektroşok ilə təchiz olunmuş qrupları səfərbər edilib. Bəziləri keçmiş hərbçilər və polis məmurlarıdır və bu səbəbdən də silah tutmaq hüquqlarına malikdirlər. Biz Birləşmiş Millət Hərəkatının ofislərindən dağıdıcı hərəkətlərə səfərbər olan insanların siyahılarını ələ keçirtdik",-dedi Kobaxidze.

O, hüquq-mühafizə orqanlarını məsələ ilə dərhal maraqlanmağa çağırdı.

“Hüquq mühafizə orqanlarını bu fakta dərhal cavab verməyə çağırırıq. Sabah, səsvermə günü hər kəsi səsvermə qanununa tam riayət olunmasını, dinc bir mühitdə davranmağa, vətəndaşlarımızın sərbəst mühitdə səs vermək hüquqlarından istifadə etmələri üçün uyğun bir mühit yaratmağa çağırırıq. Hər kəsi təxribatlardan çəkinməyə çağırırıq ",-dedi Kobaxidze.

Bizimlə əlaqə saxlayın