29 
Okt
2020
19:51
1403

Kutaisidə mitinq keçirildi - "Saakaşviliyə yox..!"

"Saakaşviliyə yox, Bokeriyaya yox, Milli Hərəkata yox!” bu şüarla Kutaisidə mitinq keçirilib.

İnterPress.ge xəbər verir ki, etirazçılar bundan sonra şəhərin mərkəzi meydanına yürüyüş ediblər.

"Buraya gəlməyimin məqsədi nədir ? Mən Saakaşvilinin 9 illik rejimi tərəfindən məhv edilmiş Buta Robakidzenin anasıyam, oğlum küçədə tamamilə günahsız olaraq güllələndi. Mənimlə birgə küçədə güllələnənlərin anaları və ailə üzvləri də var. Mən Gürcüstana səsimi eşitdirməyə gəldim! Gəlin hamımız seçki məntəqələrinə gedək" - dedi Ia Metreveli.

Bizimlə əlaqə saxlayın