28 
Okt
2020
09:47
447

Kaladze: "Ölkənin inkişafını heç kim və heç nə dayandıra bilməz"

"Ölkənin inkişafını heç kim və heç nə dayandıra bilməz, gündəlik fəaliyyətimizlə etdiyimiz hər şey uşaqlarımız üçün, gələcək nəsil üçün həyata keçirilir”.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze, Batumidə futbol meydançasının açılışında iştirak edərkən qeyd edib.

O, epidemioloji vəziyyət sabitləşdikdən sonra stadiona dünya ulduzlarının gətiriləcəyini söylədi.

“Mən Gürcüstan millisinin keçmiş kapitanı, keçmiş oyunçu kimi edilən təbriklərə qoşulmaq istərdim. Gürcüstanda bu cür gözəl bir infrastruktur layihə həyata keçirildiyi üçün çox xoşbəxtəm. Yerli əhali, gürcü futbolunun azarkeşləri, bunu illərdir gözləyirdi. Futbol meydançasının söküldüyü illəri xatırlayırıq. Bu gün duyğularımı həqiqətən gizlədə bilmirəm, çox xoşbəxtəm, çünki görülən işlər bütün beynəlxalq standartlara cavab verir. “Batumi Dinamo" klubuna, Gürcüstanın milli yığmalarına, bu ecazkar stadionda oynayacaq hər kəsə uğurlar arzulayıram.

Bugünkü tədbir fərqli bir şəkildə keçirilməli və burada başqa bir abu hava olmalı idi, amma mövcud epidemioloji vəziyyətə görə, yalnız simvolik olaraq Batumi stadionunu bu şəkildə açmalı olduq. İdmanı çox sevən, futbolu sevən gürcü azarkeşlərə söz verirəm ki, epidemioloji vəziyyət sabitləşən kimi dünya ulduzlarını Gürcüstana dəvət edəcəyik və dostluq oyunu keçirəcəyik.

Batumi Dinamo oyunçuları bugünkü tədbirdə olmalı idilər, lakin onların əvəzinə bu gün səhnəyə çağırmaq istədiyim gənclər var. Nəhayət, bir şeyi də vurğulayım ki, ölkənin inkişafını heç kim və heç nə dayandıra bilməz, gündəlik fəaliyyətimizlə etdiyimiz hər şey uşaqlarımız üçün, gələcək nəsil üçün həyata keçirilir"- Kaxa Kaladze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər