26 
Okt
2020
23:17
764

Qoqi Meşveliani: "İnanıram ki, Dmanisi ölkənin və bələdiyyənin inkişafına səs verəcək"

Gürcü arzusunun Bolnisi, Dmanisi, Tetricğaro və Çalkanın majoritar deputatlığa namizədi Qoqi Meşveliani seçki kampaniyası çərçivəsində Dmanisi bələdiyyəsinin Loqcandar, Qora, Qamışlı və Ququti kəndlərinin əhalisi ilə görüşüb.

Bu barədə InterPress.ge-yə Qoqi Meşvelianinin mətbuat xidmətindən məlumat verilib.

Meşveliani, yerli sakinlərə gələcək planlarını tanış edib və onların ehtiyyaclarını dinləyib.

"Biz seçkidən sonra da əhali ilə aktiv ünsiyyətdə olacağıq və onlarla bərabər prioritetləri müəyyənləşdirəcəyik. İnanıram ki, Dmanisi 31 oktyabrda ölkənin və bələdiyyənin inkişafına səs verəcək", - Qoqi Meşveliani.

Bizimlə əlaqə saxlayın