25 
Okt
2020
10:47
623

"Komandamız problemləri həll etmək üçün intensiv şəkildə işləyir" - Qoqi Meşveliani

Gürcü arzusunun Bolnisi, Dmanisi, Tetricğaro və Çalka bələdiyyəsinin majoritar deputatlığa namizədi Qoqi Meşveliani parlamentin hal hazırki majoritar deputatı Qoderci Çankseliani ilə bərabər seçkiöncəsi kampaniyası çərçivəsində Tetricğaro bələdiyyəsinin Şixilo, Samğereti, Givgav, Qoltet, Cincğaro, Kosalar, Durnuk və Xaişi kəndlərinin əhalisi ilə görüşüb.

Bu barədə InterPress.ge-yə Meşvelianinin mətbuat xidmətindən məlumat verilib.

İqtidar partiya namizədi yerli sakinlərə seçki proqramını tanış etdi və onların ehtiyaclarını dinlədi.

"Tetricğaro bələdiyyəsində bir çox əhəmiyyətli layihələr həyata keçirilib ancaq problemlər yenədə qalmaqda davam edir. Komandamız mövcud problemləri həll etmək üçün intensiv şəkildə işləyir. Hal-hazırda 65 milyon lari dəyərində hərrac açıqlanıb. Layihə çərçivəsində 15 kəntdə tezliklə içməli su problemi öz həllini tapmış olacaq. Sözügedən layihə üçün müvafiq prosedurlar 2 il əvvəl başlayıb ", - deyə Qoqi Meşveliani bildirib.

Bizimlə əlaqə saxlayın