23 
Okt
2020
09:33
801

"Biz əhalinin maraqlarını qorumaq üçün intensiv işlərə davam edəcəyik" - Qoqi Meşveliani

Gürcü arzusunun Bolnisi, Dmanisi, Tetricğaro və Çalka bələdiyyəsinin majoritar deputatlığa namizədi Qoqi Meşveliani seçki kampaniyası çərçivəsində Tetricğaro bələdiyyəsinin Kldeis, Aleksevka, Menkalis, Gvara, Didi İraqa, patara İraqa, Giqraşen, Dağet və Samşvilde kəndlərinə qonaq olub.

Bu barədə İnterPress.ge-yə Meşvelianinin mətbuat xidmətindən məlumat verilib.

İqtidar partiya namizədi yerli əhalinin ehtiyaclarını dinlədi, həyata keşirilmiş layihələr və gələcək planlardan danışdı.

"Son illər ərzində sözügedən yaşayış məntəqələrində əhəmiyyətli layihələr həyata keçirilib. Gvara kəndində tezliklə ictimai məktəbin yeni binasının inşaası başa çatacaq, Samşvilde kəndində bir neçə milyon lari dəyərində yol infrastrukturası işləri həyata keçirilib. Ancaq kəndlərdə yenə də içməli və suvarma suyu, torpaqların qanuniləşdirilməsi, kimi çağırışlar mövcuddur. Biz əhalinin maraqlarını qorumaq üçün intensiv işlərə davam edəcəyik ", - dedi Qoqi Meşveliani.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər