21 
Okt
2020
11:26
268

Vitse-spiker: “Seçkilərə günlər qaldı və müxaliflərin təxribatlarının güclənəcəyini istisna etmirəm”

Parlamentin vitse spikeri Qiorqi Kaxiani seçkilərədək müxaliflərin təxribatlarının güclənəcəyini istisna etmir.

InterPress.ge xəbər verir ki, Kaxiani bu barədə Palitraniyusun efirində gedən “Reziume” proqramında qeyd edib.

Onun bildirdiyinə görə, rəqib partiya nümayəndələri seçkiqabağı mühitə kölgə salmağa çalışsada, Gürcü Arzusu təxribatların qarşısını almaq üçün əlindən gələni edir.

“Seçkilərə günlər qaldı və müxaliflərin təxribatlarının güclənəcəyini istisna etmirəm. Bir daha tərəfdarlarımızı mümkün qədər sakit olmağa çağırıram. Sülh və sakitlik bizim maraqlarımızdır. Ancaq təəssüflər olsun ki, qarışıqlıq, təxribat və gərginlik isə rəqiblərimizin marağındadır. Buna görə təxribatlara uymayın, aldanmayın. Seçkilər tezliklə sona çatacaq və hər şey sülh sakit şəkildə bizim qələbəmizlə bitəcək.

Müəllimlərə, sosial aztəminatlı ailələrə və s. qarşı təzyiqlə bağlı yayılan xəbərlərə gəlincə qeyd edim ki, hər hansı bir məlumat eşitsək, maraqlanıb öyrənəcəyik. Əksər hallarda bu kimi hallar öz təsdiqini tapmır və fərziyyələrin olduğu məlum olur. Bu kimi məsələlər üçün müvafiq komissiyalar var ki belə hallarda , seçki komissiyasına, qurumlararası komissiyaya və s. müracət oluna bilər,ancaq bu kimi faktlar çox vaxt təsdiqini tapmır ", - dedi Kaxiani .

Bizimlə əlaqə saxlayın