19 
Okt
2020
16:01
1394

Saakaşvili: “Seçkiləri təxirə salın və sıfır səs alın, ya da..."

“Seçkiləri təxirə salın və sıfır səs alın, ya da kifayət qədər ciddi bir nümayəndəlik ilə müxalifətə keçin və dinc yolla hərəkət edin”.

InterPress.ge xəbər verir ki, bu barədə Mixail Saakaşvili video müraciətində bildirib.

Onun qeyd etdiyinə görə, "Gürcü Arzusu" seçkilərdə mütləq məğlub olacaq və müxalifətə qoşulmağı onun üçün daha yaxşıdır.

"Hökümətin iki seçimi var. Biri seçkiləri təxirə salmaq və praktik olaraq sıfır səs almaqdır, hansı ki, bu onlar üçün çox pis bir ssenaridir, ya da seçkilər keçirib çox ciddi bir nümayəndəlik ilə müxalifətə keçməkdir. Çünki ciddi müxalifət olma şansları var. Bu, seçkilərdə məğlub olduqlarını göstərir",- dedi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər