13 
Okt
2020
14:53
262

XİN hərbi hüyklərin Gürcüstan üzərindən mülki uçuşlarla həyata keçirildiyi barədə yayılan məlumatlara münasibət bildirdi

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistana hərbi daşınmaların Gürcüstan üzərindən mülki uçuşlarla həyata keçirildiyi barədə yayılan məlumatları qəti şəkildə rədd edir. Qurum bunu "informasiya manipulyasiyası" kimi qiymətləndirir.

InterPress.ge xəbər verir ki, bu barədə XİN məlumat yayır.

Xarici işlər nazirinin müavini Lasha Darsalia, beynəlxalq hüquq normalarına tam riayət etmək və humanitar dəhlizlərdən sui-istifadə etməmək üçün xüsusi bir daşıyıcının və yük sahibinin məsuliyyət daşıdığını bildirir. Eyni zamanda Darsaliya hərbi tranzitin Gürcüstan ərazisindən keçmədiyini qeyd edir.

“Bildiyiniz kimi, Qarabağda qızğın müharibə başlayan kimi Gürcüstan tərəfindən hərbi yüklərin tranziti həm Azərbaycan, həm də Ermənistan istiqamətində quru və hava yolu ilə dayandırıldı. Buna görə bir daha bildirmək istərdik ki, hərbi tranzit Gürcüstan ərazisindən keçirilmir. Gürcüstanın əlində olan sənədlərə görə, Gürcüstanın hava məkanında uçuşlar yalnız humanitar və mülki xarakter daşıyır və ICAO standartlarına tam uyğundur. Gürcüstan, humanitar və mülki, o cümlədən ticarət yükləri baxımından öhdəliklərini yerinə yetirməyə davam edir.

Bu, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydaları da daxil olmaqla beynəlxalq hüquq normalarına tam uyğun olaraq həyata keçirilir. Buna baxmayaraq, mediada məlumatlarla manipulyasiya gücləndi, güya hərbi daşımalar Gürcüstan ərazisindən mülki uçuşlarla həyata keçirilir. Beynəlxalq hüquq normalarına tam riayət etmək və humanitar dəhlizlərdən sui-istifadə etməmək xüsusi daşıyıcının və yük sahibinin məsuliyyətidir. Bir pozuntu varsa və güclü bir dəlil varsa, Gürcüstan buna cavab verəcək və qanun pozucuları, ICAO qarşısında da daxil olmaqla beynəlxalq qanunlar qarşısında cavab verəcəklər",- dedi Lasha Darsalia.

Bizimlə əlaqə saxlayın