11 
Okt
2020
19:26
427

Vaşadze: "Biz söz veririk ki, kəndlinin əməyi qiymətləndiriləcək"

"Kəndlərdə dəhşətli yoxsulluq mövcuddur və üstəlik kəndlilərin əməyi qiymətləndirilmir".

InterPress.ge xəbər verir ki, bu barədə "Ağmaşenebeli Strategiyası"nın lideri Qiorqi Vaşadze bildirib.

Onun bildirdiyinə görə, tərəfdaş beynəlxalq təşkilatlar yardım üçün milyardlar ayırıb, lakin kəndlilərə bir qəpik də çatmır.

"Ağmaşenebeli Strategiyası " baş nazir vəzifəsinə namizədi Kaxeti kəndlilərinin əsas gəlir mənbəyi olan üzümün aşağı qiymətə olduğunu və bu səbəbdən də kəndlinin artıq məhsul götürmədiyin qeyd edir.

Vaşadzeyə bildirdiyinə görə, bu vəziyyətə son qoyulmalı və xalqın səsi 31 oktyabrda qalib gəlməlidir.

"Ölkədə, xüsusən də kəndlərdə dəhşətli aclıq və yoxsulluq mövcuddur. İnsanlar arasında yoxsulluq hiss olunur, kəndlinin əməyi qiymətləndirilmir. Onlara yardım etmək üçün tərəfdaş təşkilatlardan milyardlar ayrılıb və kəndliyə bir qəpik belə çatmır. Üzümün qiyməti 80 tetridir və kəndlilər artıq məhsul yığmırlar, çünki heç bir məna görmürlər. Biz söz veririk ki, kəndlinin əməyi qiymətləndiriləcək çünki onlar gecə-gündüz çalışırlar, öz əlləri ilə əmək verirlər, məhsul götürmək və ailələri ilə birlikdə qışda aclıq içində yaşamamağa çalışırlar. Əminəm ki, xalqın səsi 31 oktyabrda qalib gələcək və bu yoxsulluq sona çatacaq!"- məlumatı Ağmaşenebeli strategiyasının mətbuat xidməti yayır.

Bizimlə əlaqə saxlayın