08 
Okt
2020
16:29
931

XİN başçısı Ermənistanın Bakı-Tbilisi-Ceyhan kəmərinə zərbə endirmək cəhdinə münasibət bildirib

"Bakı-Tbilisi-Ceyhan neft kəmərinin bölgədə və eləcədə onun xaricində strateji bir obyekt olduğu üçün heç bir hərbi təsirin göstərməməsi çox vacibdir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaliani qeyd edib.

Onun sözlərinə görə, strateji obyektlər bölgədə təhlükəsizliyin zəmanətidir. Buna görə də hər kəs normal fəaliyyətini təhlükə altına salmamaqda maraqlıdır.

“Əlbətdə ki, Cənubi Qafqazda həyata keçirilən strateji əhəmiyyətli layihələr bizim ən vacib maraq sahəmizdir və bu istiqamətdə daim diqqət mərkəzindədir . Bölgədəki tərəfdaş ölkələrimizlə, əhəmiyyətli obyektlərin birbaşa ərazisindən keçdiyi ölkələrlə eyni zamanda strateji ortağımız olan ABŞ və Avropa Birliyi ilə danışıqlar aparırıq, çünki bu strateji obyektlərin bölgənin təhlükəsizliyini təmin etməsi vacibdir. Buna görə hər kəs normal fəaliyyətinin təhlükə altında qalmamasının marağındadır. Buna görə bütün strateji tərəfdaşlarımızla daim əlaqə saxlayırıq və gələcəkdə də əlaqələrimizi davam etdirəcəyik.

Hər iki tərəfin rəylərini bilirik. Bu obyektlərə hər hansı bir hərbi təsir göstərməmək bizim üçün çox vacibdir, çünki bu, bütövlükdə bölgə üçün, eyni zamanda bölgədən kənarda olan bütün strateji tərəfdaşlarımız üçün çox vacib bir strateji təsisdir, bu da onların enerji təhlükəsizliyini və şaxələndirilməsini təmin edir", - dedi David Zalkaliani.

Bizimlə əlaqə saxlayın