08 
Okt
2020
15:46
370

XİN başçısı Gürcüstan və Azərbaycan münasibətlərindən danışdı

"Azərbaycan Gürcüstanın strateji partnyoru və yaxın qonşu və dost ölkəsidir və bu hərzaman belə olacaq. Hərhansı istintaq və yahud sərhədlərin demarkasiya-delimitasiya komisiya prosesi çərçivəsində baş verənlər bizim strateji partnyorluğumuza və mehriban qonşuluq münasibətlərimizə heç bir mənfi təsir verməyəcək".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani hökümət iclası başa çatdıqdan sonra qeyd edib.

Davit Zalkaliani qeyd etdi ki, Azərbaycanın Xarici İşlər Nazirinin Gürcüstana səfəri zamanı, onunla demarkasiya-delimitasiya prosesi və xüsusi ilə də Davit Qareci ilə bağlı əsaslı söhbət aparıldı, çünki bu iki ölkə arasındaki münasibətlər üçün çox həssas mövzudur.

“Azərbaycanlı həmkarlarıma yeni aşkarlanan faktlarla bağlı təfərrüatlı məlumat verildi. Kartoqrafik materailları və yerli və beynəlxalq mütəxəssislərin qərarları da təqdim etdik. Belə qənaətə gəldik ki, komisiya çərçivəsində iş davam etsin və hər iki tərəf üçün məqbul olan razılaşmaya nail olunsun. Komisiya çərçivəsində, hər iki tərəf öz mövqeyini qorusun.

Bizim Azərbaycan tərəfinə qarşı heç bir pretenziyamız yoxdur və həmkarlarımız mövqeyimizi bilirlər. Bunu birgə konfransda da bildirdik. Daha sonra isə, mən və iqtidar əsassız olaraq, tənqid edildik. Məsələyi əsassız şəkildə, Azərbaycan və Ermənistan arasındaki gərginləşməyə bağladılar. Halbuki bizim görüşümüz, sentyabrın 24-də Azərbaycan və Ermənistan arasında eskalyasiya yoxkən baş tutdu. İstintaq prosesi isə, sentyabrın 27-də başladı.

Opponetlərimiz tərəfindən məsələnin əsassız şəkildə siyasiləşdirilmə cəhdini görürük. Əmin olun ki, Azərbaycanla bizim strateji partnyorluğumuza və dost münasibətlərimizə kölqə düşürülməyəcək” – dedi Davit Zalkaliani.

Bizimlə əlaqə saxlayın