08 
Okt
2020
14:45
849

Baş nazir: "Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu belə də davam edəcək"

"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu belə də davam edəcək".

InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri Qiorqi Qaxariya insanları Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya-demarkasiyası ilə bağlı aparılan istintaqı siyasiləşdirməməyə çağırır.

Baş nazirin sözlərinə görə, bu məsələ Gürcüstanın daxili işidir və Azərbaycanla strateji tərəfdaşlığa heç bir zərər verməyəcək.

“ Hal-hazırda aparılan istintaqla bağlı danışmaq istəyirəm çünki bu məsələni, siyasiləşdirmək qətiyyən qəbuledilməzdir. Hamı bilməlidir ki, istintaq başa çatdıqdan sonra son nəticəni açıqlamalıyıq. Məsələ o qədər vacibdir ki, bu cür məsələlərin hər hansı bir siyasiləşmə cəhdi və ya siyasi spekulyasiyası sadəcə ölkəyə ziyandır. Buna görə də bu məsələnin siyasiləşdirmək tamamilə qəbuledilməzdir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu belə də davam edəcək. Qeyd edim ki, Gürcüstanın daxili işi olan istintaqın başlanması faktı, azərbaycanlı həmkarlarımızla bölüşdüyümüz istintaqın yeni şərtləri iki ölkə arasındakı strateji tərəfdaşlığa zərər verə bilməz. Bir daha insanları bu məsələni siyasiləşdirməməyə çağırıram çünki , bu ölkənin maraqlarına cavab verir”, - dedi Qiorqi Qaxariya.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər