07 
Okt
2020
20:06
1148

Baş nazir Qarabağda gedən müharibə ilə bağlı suala belə cavab verdi

"Gürcüstan bölgəmizdəki hər cür münaqişənin yalnız danışıqlar yolu ilə həll olunmasında birbaşa maraqlıdır"

İnterPress.ge xəbər verir ki,Gürcüstanın Baş Naziri Qiorqi Qaxaria, Dağlıq Qarabağdakı vəziyyətə toxunub.

Onun sözlərinə görə, bölgədəki müharibə Gürcüstan üçün ən böyük riskdir.

“Qonşuluğumuzda mövcud olan müharibə Gürcüstan üçün böyük bir riskdir. Əlbəttə ki, sülhün bərqərar olmasına töhfə vermək üçün əlimizdən gələni edəcəyik. Ölkəmizdə əm erməni həm də azərbaycanlı vətəndaşlarımız yaşayır . Gürcüstan bölgəmizdəki hər cür münaqişənin yalnız danışıqlar yolu ilə həll olunmasında birbaşa maraqlıdır. Bunun üçün hər şeyi edə bilərik" – dedi Qiorqi Qaxariya.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər