04 
Okt
2020
10:47
514

Qoqi Meşveliani: "Bizim üçün insanlar və onlara qayğı göstərmək çox önəmlidir"

"Gürcü Arzusu - Demokratik Gürcüstan "nın Bolnisi, Dmanisi, Tetricğaro və Çalkanın majoritar namizədi Qoqi Meşveliani Dmanisi bələdiyyəsinin kəndlərinin: Pantiani, Bəzəkli, Hamamlı, Məmişli, Səfərli və Anqrevan əhalisi ilə görüşdü.

InterPress.ge xəbər verir ki, idarəçi komandanın namizədi yerliləri ehtiyyaclarını dinləyib və gələcək planları haqqında onlara məlumat verib.

Sözügedən kəndlərdə əsas problem kənd təsərrüfatı torpaq sahələrinin hissələndirilməsi, içməli su və yolların qaydaya salınması məsələləridir.

"Bizim üçün insanlar və onlara qayğı göstərmək çox önəmlidir. Biz demirik ki biz ideal hökümətik, lakin tam olaraq deyə bilərik ki, bizim hökümətimiz insani dəyərləri və azaslığı qaytardı. Bu günə heç kimin əlindən biznes alınmır, öz azad fikrini ifadə etməkdə heç kim cəzalandırılmır. Kəndlərdə infrastrukturun inkişafı isə bizim əsas prioritetlərimizdən biridir "- Qoqi Meşveliani.

Bizimlə əlaqə saxlayın