03 
Okt
2020
14:59
583

DTX rəhbəri açıqladı: “Suriyadan olan silahlıların Azərbaycana keçməsi barədə məlumatlar yalandır”

"Suriyalı döyüşçülərin Gürcüstan ərazisindən keçməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur".

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili bildirib.

Gürcüstanın Milli Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistan arasında mövcud növbəti müharibə vəziyyəti ilə əlaqədar iclas keçirdi.

Dövlət Təhlükəsizliyi Xidmətinin sədri Qriqol Liluaşvilinin sözlərinə görə, qurum Ermənistan və Azərbaycanın müvafiq qurumları ilə fəal əlaqələrini davam etdirir.

“Bildiyiniz kimi, bu gün Gürcüstanın Milli Təhlükəsizlik Şurasının iclası keçirildi və bu görüşdə Ermənistanla Azərbaycan arasındakı mövcud gərgin, mümkün ssenariləri və təhlükəsizlik risklərini müzakirə etdik.

Sosial mediada yayılan dezinformasiyalara gəlincə, guya qeyri rəsmi Suriyalı silahlılar Azərbaycan Ermənistan arasında mövcud müharibədə iştirak etmək üçün Türkiyədən Azərbaycan istiqamətilə Gürcüstan ərazisindən keçir.

Eyni mənbələrə görə konkret bələdiyyələrimizdə dinc yaşamağa mane olmaq məqsədilə Azərbaycana gedən magistral yolu bağlamaq üçün konkret çağırışlar edilir.

Döyüşçülərin Gürcüstan ərazisindən Azərbaycana keçməsi ilə əlaqədar yayılan məlumatların heç bir əsası olmadığını, yalan olduğunu və Gürcüstanda və ümumiyyətlə bölgədəki vəziyyəti gərginləşdirməyə yönəldiyini vurğulamaq istərdim. DTX, Ermənistanın və Azərbaycanın müvafiq qurumları ilə fəal əlaqə qurmağa davam edir.

Təhlükəsizlik məsələləri ilə bağlı bütün qərarlar bölgədəki mövcud vəziyyət və davam edən proseslərin tənzimlənməsi mənafeyinə uyğun olaraq veriləcək.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili açıqlamasına görə Gürcüstanın dövlət təhlükəsizliyini və bölgədəki sabitliyi təhlükə altına alan hər hansı bir addımın qanun çərçivəsində qarşısı alınacaq", - deyə DTX- nın mətbuat xidməti tərəfindən yayılan məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər