03 
Okt
2020
13:43
1965

Qərar verildi - Həm hava yolu ilə, həm də quru yol ilə Ermənistan və Azərbaycana hərbi əhəmiyyətli yüklərin daşınmasına qadağa qoyuldu

Gürcüstan hökuməti Qarabağ ərazisində hərbi əməliyyatların yenidən başlaması səbəbindən Ermənistana və Azərbaycana hərbi əhəmiyyətli yüklərin daşınması ilə bağlı icazənin ləğv edilməsinə qərar verib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Vaxtanq Qomelaurinin açıqlamasında bildirib.

“Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatlar səbəbindən Gürcüstan hökuməti ərazisindən hərbi əhəmiyyətli yüklərin hər iki ölkə istiqamətində quru və hava yolları ilə daşınmasına icazə verilməsini müvəqqəti dayandırır.

Bu barədə artıq tərəflərə məlumat verilib”, - deyə Qomelauri bu gün keçirdiyi brifinqdə bildirib.

Bizimlə əlaqə saxlayın