02 
Okt
2020
15:55
489

Azərbaycanın Gürcüstana təyin olunan yeni səfiri etimadnaməsinin surətini Gürcüstan Prezidentinə təqdim etdi

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev etimadnaməsinin surətini Gürcüstan Prezidentinə təqdim etdi.

InterPress.ge xəbər verir ki, Orbeliani Sarayında etimadnamələrin təqdimetmə mərasimindən sonra Prezident səfirlə görüş keçirdi.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı bölgədə sülhün və sabitliyin vacibliyi bir daha vurğulanıb.

Bizimlə əlaqə saxlayın